Palatadan qərar: 21 kredit təşkilatı bağlandı
16:36 14 İyun 2017
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Palatadan Femida.az-a verilən məlumata görə, bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən “Ağammədli”, “Ağdaş”, “Aqrovest”, ”Balıqçı”, “Bənövşə”, “Buta”, “Fəqan”, “Fidan”, “Girdiman”, “İnkişaf”, “Meridian”, “Mikrokredit”, “Muxax”, “Nihat”, “Qarabağ-2010”, “Şəmkir”, “Şəmkir Aqro”, “Zərqova”, “Ziya” kredit ittifaqlarına və öz müraciətləri əsasında “A.F.S” və “KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilib.
Həmçinin, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə “Norveç Mikrokredit” bank olmayan kredit təşkilatına kreditlərin verilməsi üçün lisenziya ləğv edilib.
Femida.az
Oxunub: 1175
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək