Zığda sürüşmə fəallaşıb


23:32     14 İyun 2017 surusme%20zonasi.PNG

Son günlər yağıntıların çox olması ölkə ərazisində sürüşmə sahələrində aktivləşməyə səbəb olub.


Bunu Femida.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, Bakı ərazisində daha çox fəallaşma Zığ sürüşmə sahəsində qeydə alınır.

Ə.Qaralov qeyd edib ki, aramsız yağışlar sürüşməni aktivləşdirdiyi üçün Şamaxı rayonu ərazisində fəsadlar var: “Sürüşmə nəticəsində rayonun Çaylı kəndində bir neçə ev qəzalı vəziyyətə düşüb, eyni zamanda pay torpaqlarında sürüşmə prosesi hazırda davam edir. Bizim əməkdaşlar sürüşmə qeydə alınan ərazilərə yollanıb və müfəssəl, yerində baxış keçiriləndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 589