Qətər ABŞ-dan qırıcı təyyarələr alır
13:16 15 İyun 2017
Qətər hökuməti ABŞ ilə 36 ədəd F-15 qırıcı təyyarəsinin alınmasına dair razılığa gəlib.
Bu barədə `Reuters` agentliyi Qətərin müdafiə nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, 12 milyard dollarlıq sazişə Pentaqon rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri iyunun 14-də imza atıb. 2016-cı ilin noyabrında ABŞ Dövlət Departamenti Qətərə 72 ədəd F-15 qırıcı təyyarələrin satılması barədə qərar qəbul edib. Razılaşmanın məbləği 21,1 milyard dollar təşkil edib.
Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan daha bir neçə ölkə Qətərlə diplomatik münasibətləri kəsib.
İyunun 9-da isə ABŞ prezidenti Donald Tramp Qətəri terrorizmi maliyyələşdirməkdə günahlandırıb. “Qətəri terror təşkilatlarını maliyyələşdirməyə dayandırmağa çağırmağın vaxtı çatıb. Onlar ekstremist ideologiyaya sponsorluğu dayandırmalıdırlar”, - deyə D.Tramp bildirib.
Femida.az
Oxunub: 2062
Oxşar xəbərlər
- Qətər Azərbaycanla vizanı ləğv etdi
- Qətər yeni döyüş gəmiləri alır
- Qətər səfiri Mətbuat Şurasında olub
- Qətərin 48 saat vaxtı var
- Qətərə müharibə elan edilib - Gərginlik
- Qətərin müdafiə naziri Türkiyəyə səfər edəcək
- Qətər şərtləri qəbul etmək istəmir
- Qətərə 10 gün vaxt verildi - Ərəb ölkələrindən 13 tələb
- Qətər Körfəz ölkələrinə şərt qoydu
- Qətərlə Səudiyyə Ərəbistanı rəsmiləri arasında əlbəyaxa dava