Dondurmadan toyuq sümüyü çıxdı - Bakıda


14:14     15 İyun 2017 1497473942-0105.jpeg

Paytaxt sakini Rasim Mikayılovun həyat yoldaşı mağazadan alınmış dondurmanın yarısını yedikdən sonra qəribə bir dad hiss edib.


Femida.az Xezerxeber.az-a istinadən məlumat verir ki, onun içindəki bərk cismi ilk baxışdan daşlaşmış şəkər zənn etsə də, diqqətlə baxdıqda toyuğun bud sümüyü olduğunu görüb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindən bildiriblər ki, vətəndaş qarşılaşdığı halla bağlı müraciət edərək hüquqlarını tələb edə bilər. Araşdırma nəticəsində həmin fakt təsdiqini taparsa, istehsalçı qanunlara uyğun olaraq cəzalandırılacaq.




Femida.az

Açar sözlər:

Oxunub: 1659


Oxşar xəbərlər