İtirilmiş əşyanı tapan şəxs nə etməlidir?


19:28     01 Avqust 2017 o-WALLET-ON-GROUND-facebook.jpg

Əşyanı qaytarmağa görə pul tələb edə bilərmi?


Femida.az xəbər verir ki, qanunvericiliyə əsasən, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı qaytarmalıdır.

Əşyanı tapan şəxs məlumat verdiyi tarixdən sonra bir il ərzində əşyanın mülkiyyətçisi aşkar edilmədikdə, onun mülkiyyətçisi olur. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya aid bütün başqa hüquqlara xitam verilir. Bu zaman əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna təşkil edir.

Əşyanı tapan şəxs bu barədə məlumat verməyə borcludur. Məlumat verdiyi halda, səlahiyyətli şəxsdən qanunla nəzərdə tutulmuş, həmin əşyanın 5 faizi dəyərində bəxşiş almaq hüququna malik olur, məlumat vermədikdə, əşyanı gizlətməyə çalışdıqda isə bəxşiş almaq hüququndan məhrum olur. Əşyanın sahibi tapılmadıqda və onu tapan şəxs mülkiyyətçi olmaq istəmədikdə, səlahiyyətli orqan həmin əşyanı auksionda sata bilər.

Baş Polis İdarəsinin tabeliyində Tapıntılar Bürosu fəaliyyət göstərir. Büronun əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən daxil olmuş tapılmış əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarətdir və qeyd edilən xidmətə görə dövlət rüsumu nəzərdə tutulmur.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2266


Oxşar xəbərlər