Cəbhədən təcili rəsmi xəbər - 5 erməni əsgəri məhv edildi


15:22     17 İyun 2017 azerbaycan_mudafie_nazirliyi_220416_10.jpg

"Düşmən tərəfi rəsmi açıqladığı kimi, 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib".


Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən bildirilib.

"Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir", - deyə məlumatda qeyd olunur.


Femida.az

Açar sözlər:

Oxunub: 7647