Rayonlara leysan yağdı - FAKTİKİ HAVA
16:18 17 İyun 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunan hava şəraitini açıqlayıb.
Departamentdən Femida.az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi hava qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-12, Böyük Qafqazda 4-24, Qazax-Gəncə zonasında 5-11, Kiçik Qafqazda 13-16, Mərkəzi-Aran rayonlarında 1-14, Lənkəran-Astara zonasında 1-11, Naxçıvan MR-da 1-4 mm təşkil edib.
Femida.az
Oxunub: 1501