Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı SON MƏLUMAT
17:45 17 İyun 2017
Müdafiə Nazirliyi cəbhədə vəziyyətlə bağlı bəyanat yayıb.
Femida.az xəbər verir ki, bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir.
"Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.
Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.
Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.
Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - deyə bəyanatda bildirilir.
Femida.az
Oxunub: 3885
Oxşar xəbərlər
- Nazirlikdən hərbçi olmaq istəyənlərə müraciət
- Nazirlikdən xəbərdarlıq- “Bad rabbit” virusu yayılıb
- Nazirlikdən ərəb turistə 1000 manatlıq cərimə
- Nazirlikdən xəbərdarlıq: Leysan, dolu, qar...
- Nazirlikdən küçələrdə rəhmsiz rəftar olunan heyvanlarla bağlı bəyanat
- Nazirlikdən hava xəbərdarlığı: `3 gün ərzində...`
- Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Nazirlikdən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- Nazirlikdən benzinin bahalaşmasına dair ŞƏRH
- Nazirlikdən Tiqran Balayana CAVAB