Ermənilər itkilərini etiraf edir - Əsgərlər komadadır


13:59     20 İyun 2017 ermeni%20lesi72.jpg

İyunun 19-da Xankəndində başından güllə yarası almış müddətli hərbi qulluqçu Yuri Zaxaryan (1997-ci il təvəllüdlü) İrəvandakı hərbi hospitala yerləşdirilib.


Femida.az xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının reanimasiya şöbəsinin rəisi Qayane Ovvanisyan deyib.

O həmçinin yaralı əsgərin komada olduğunu və süni nəfəs aparatına qoşulduğunu da bildirib.

O həmçinin bildirib ki, iyunun 17-də daha iki hərbçi Xankəndi hospitalından İrəvana gətirilib. Onların vəziyyəti sabitdir, yaralılar nəzarətdə saxlanılır.


Qeyd edək ki, 16 və 17 iyun tarixlərində cəbhədə baş verən gərginlik zamanı 6 erməni əsgəri ölüb,3-ü isə yaralanıb.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 8563