Buraxılış imtahanlarının nəticələri açıqlanıb
20:54 20 İyun 2017
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
DİM-dən Femida.az-a verilən xəbərə görə, imtahanın nəticələri DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.
IX sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 43779 şagirddən 341 nəfəri imtahana gəlməyib. 6 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.
XI sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 32855 şagirddən 354 nəfəri imtahana gəlməyib. 28 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.
Oxunub: 787
Oxşar xəbərlər
- Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb
- Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİK
- Buraxılış imtahanı verə bilməyən şagirdlərə ŞAD XƏBƏR
- Buraxılış imtahanında 57088 şagird imtahan verəcək
- Buraxılış imtahanları keçiriləcək
- Buraxılış imtahanlarının nəticələri açıqlanıb
- Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb
- Buraxılış imtahanının I mərhələsi keçirilir
- Buraxılış imtahanlarının vaxtı məlum oldu
- Buraxılış imtahanları ödənişsiz olacaq