63 yaşlı qadın öldürüldü, qızı yaralanıb - Lənkəranda evə basqın


13:05     21 İyun 2017 aabicaq259.jpg

Lənkəranda naməlum şəxslər evə basqın edib, qadın qətlə yetirilib, qızı yaralanıb.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında Liman şəhərində qeydə alınıb. Liman şəhər sakinləri 63 yaşlı Nəcəfova Arifə Əsəd qızı və 40 yaşlı Nəcəfova İlahə Təvəkkül qızı çoxsaylı bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyata götürülən Arifə Nəcəfova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Hazırda İlahə Nəcəfovanın əməliyyatı davam etdirilir.

Hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 710