Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası
16:47 23 İyun 2017
İyunun 24-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gündüz havanın arabir tutulacağı gözlənilir.
Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
ETSN-dən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 18-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 2293
Oxşar xəbərlər
- Şimşək, yağış, çiskin... - Sabahın havası
- Şimşək çaxacaq, yağış yağacaq
- Şimşək, yağış, leysan — FAKTİKİ HAVA
- Şimşək, qar, külək... - Sabahın havası
- Şimşək çaxacaq, yağış yağacaq... - Sabahın havası
- Şimşək çaxacaq, arabir yağış yağacaq
- Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ
- Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ