Hindistandan Azərbaycana aviareys açılacaq


02:07     24 İyun 2017 azal%20teyyare.jpg

Hindistanın “GoAir” loukoster aviaşirkəti bu ilin sonunadək doqquz istiqamətə yeni uçuşlar həyata keçirməyi planlaşdırır.


Femida.az xəbər verir ki, Trend-in məlumatına görə, bu reyslər arasında Azərbaycan, Özbəkistan, Qazaxıstan, İran, Çin, Vyetnam, Qətər, Səudiyyə Ərəbistanı və Maldiv adaları yer alır.

Aviaşirkət bu uçuşların həyata keçirilməsi üçün Hindistan hökumətinin icazəsini alıb.

Daha əvvəl uçuşların 14 istiqamətə həyata keçirilməsi planlaşdırılsa da, Küveyt, Oman, Türkiyə və BƏƏ-yə uçuşlara icazə verilməyib.


Femida.az

Açar sözlər:

Oxunub: 751