Kəndlisini ürəyindən bıçaqlayanın cəzası azaldıldı


18:47     24 İyun 2017 bicaq53.jpg

Sumqayıt Apellyasiya Məhkəməsində həmkəndlisini ürəyindən bıçaqlamaqda təqsirləndirilən Teyyub Ağakərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Ağakərimovun apellyasiya şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. T.Ağakərimovun 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilib.

Qeyd edək ki, Xaçmaz rayonunun Yeni Sudur kəndi ərazisində yaşayn 1992-ci il təvəllüdlü Teyyub Ağakərimov həmkəndlisi 24 yaşlı Roman Şükürağa oğlu Əliosmanovu bıçaqlayıb. T.Ağakərimov R.Əliosmanova 3 bıçaq zərbəsi vurub. Zərbələrdən biri onun ürəyinə dəyib. Xəstəxanaya yerləşdirilən R.Əliosmanovun həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Ağakərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 787


Oxşar xəbərlər