Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi olub


19:51     26 İyun 2017 taekvando0.jpg

Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu açıq havada növbəti idman dərsi təşkil edilib.


Budəfəki dərs taekvondo üzrə olub.

Femida.az xəbər verir ki, dərsi taekvondo üzrə 2 dəfə Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, 14 dəfə respublika çempionu, 25 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı, Əməkdar İdman Ustası İlkin Şahbazov aparıb. 5-16 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs master-klass formatında 1 saatdan artıq davam edib, iştirakçılara müxtəlif tövsiyələr verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1040