Prezidentlər Qarabağ münaqişəsindən danışıb
21:52 27 İyun 2017
Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
Prezident İlham Əliyev bəyan edib: "Bu gün bir çox önəmli sənədlər imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın perspektivlərini müəyyən edir. Mən onların arasında əlbəttə ki, prezidentlər tərəfindən imzalanmış strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da deyilir və göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhləsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır".
Dövlət başçısı bildirib: "Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əlavə etmək istəyirəm ki, Azərbaycan dövləti və xalqı erməni işğalından iyirmi ildən çoxdur ki, əziyyət çəkir. Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu tezislər Birgə Bəyannamədə öz əksini tapmışdır".
Femida.az
Oxunub: 2152
Oxşar xəbərlər
- Prezidentlərin Tehran görüşü başladı
- Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
- Prezidentlərin görüşü ilə bağlı BƏYANAT
- Prezidentlər görüşdü
- Prezidentlər danışıqları bərpa etməyə hazırdırlar - Bəyanat
- Prezidentlərin görüşü ilə bağlı AÇIQLAMA
- Prezidentlər Nyu Yorkda görüşəcəkmi? - Həmsədrdən açıqlama
- Prezidentlər bəyanatla çıxış edib
- Prezidentlər təkbətək görüşdü
- Prezidentlər payızda görüşə bilər - Sarkisyandan açıqlama