Lüksemburqda azərbaycanlı rəssamların sərgisi keçirilib


19:09     28 İyun 2017 sergi.jpeg

Lüksemburqda Azərbaycanın gənc rəssamlarının “Azərbaycan-tolerantlıq diyarı” adlı sərgisinin açılışı olub.


Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyindən Femida.az-a verilən məlumata görə, Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətində keçirilən və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən təşkil olunan sərgidə nümayiş etdirilmək üçün 24 gənc rəssamın 84 əsəri seçilib.

Sərginin təşkilinə səfirlik və AZAL dəstək veriblər.

Açılışda çıxış edən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin vitse-prezidenti Eva Rodik bu kimi tədbirlərin keçirilməsinin önəmini vurğulayıb. Səfir Fuad İsgəndərov isə Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik olan, eyni zamanda möhkəm tolerant ənənələri və multikultural dəyərləri olan bir ölkə kimi tanındığını vurğulayaraq, rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu gün bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Səfir bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq dəst-xəttinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib. Sonra F. İsgəndərov tərəfindən iştirakçı rəssamlara sertifikatlar təqdim olunub.

Tədbirdə Lüksemburqda yaşayan Azərbaycan diasporunun üzvləri, Lüksemburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Lüksemburqda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, tədqiqat mərkəzlərinin və mətbuat qurumlarının nümayəndələri iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 556