Neftçalada sərnişin avtobusu yanıb


00:00     30 İyun 2017 fhn%20yangin09.jpg

Neftçala rayonunda sərnişin avtobusu yanıb.


Hadisə rayonun Dördlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, Salyan-Neftçala avtomobil yolunda hərəkətdə olan sərnişin avtobusu anidən alovlanıb. Avtobusda olan sərnişinlər dərhal təxliyyə ediliblər. Hadisə yerinə Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da avtobus yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 611