Sabah qaz olmayacaq
00:09 30 İyun 2017
Sabah Bakı şəhəri Binəqədi rayonunun qaz təchizatında məhdudiyyət olacaq.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Femida.az-a verilən məlumata görə, daşıyıcı qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar, iyunun 30-da saat 10:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq.
Görulən işlər zamanı Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin, Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Xətai rayonunun Nobel, Xocalı prospektləri, UPD qəsəbəsi, NZS, Aşıq Qurban, Yusif Səfərov, Mingəçevir küçələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Oxunub: 530
Oxşar xəbərlər
- Sabah hava yağışlı olacaq
- Sabah hava küləkli olacaq
- Sabahın məzənnəsi
- Sabah yağış yağacaq, duman olacaq
- Sabaha olan hava proqnozu
- Sabah hava necə keçəcək? - Proqnoz
- Sabahın hava proqnozu - külək, duman..
- Sabah hava yağmursuz olacaq
- Sabahın məzənnəsi açıqlandı
- Sabah Bakıda yaz havası olacaq - PROQNOZ