Aqramuntun istefası ilə bağlı səsvermə keçiriləcək


02:11     29 İyun 2017 aqramunttttt.jpg

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 158 deputatı assambleyanın prezidentinin istefası haqqında təkliflə çıxış edib.


Femida.az "Report"a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı həlledici səsvermə oktyabrın 9-da keçiriləcək.

Qətnamədə qeyd edilib ki, AŞPA prezidentinin davranışı təşkilatın nüfuzuna ciddi ziyan vurur və imicinə xələl gətirir.

Qeyd edək ki, P.Aqramunt bu vəzifəyə 2016-cı ildə, lüksemburqlu Ann Brasseri əvəz etməklə seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 704