Xəstəxanaya silahlı hücum: 1 ölü, 6 yaralı


22:59     01 İyul 2017 abs%20silahli%2026%20dek.jpg

Nyu-York şəhərinin bələdiyyə sədri Bill de Blasio hadisənin iş yerində yaşanan bir anlaşılmazlıqdan qaynaqlandığını, terrorla əlaqəsi olmadığını söyləyib


ABŞ-ın Nyu-York şəhərindəki bir xəstəxanada həkimin tüfənglə ətrafdakılara atəş açması nəticəsində təcavüzkar da daxil 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Femida.az "Milliyet"ə istinadla xəbər verir ki, Nyu-York şəhərinin bələdiyyə sədri Bill de Blasio hadisənin iş yerində yaşanan bir anlaşılmazlıqdan qaynaqlandığını, terrorla əlaqəsi olmadığını söyləyib.

Bildirilib ki, atəş açan şəxs xəstəxananın keçmiş əməkdaşı olub, xəstəxananın 16-cı və 17-ci mərtəbələrində silahla digər həkimlərə atəş açıb və sonra da intihar edib.

ABŞ mətbuatı təcavüzkarın xəstəxananın keçmiş həkimi Henry Bello olduğunu bildirib, amma hələlik rəsmi olaraq həkimin adı açıqlanmır.

Femida.az

Açar sözlər:

Oxunub: 661