3 uşağını küçəyə atıb başqa kişiylə qaçdı - Çantaya sevgilisinin şəklini qoydu


18:57     03 İyul 2017 ana234.jpg

Xəyalə Kərimova adlı qadın 3 uşağını ataraq başqa kişiyə qoşulub qaçıb.


Femida.az hadisə iyulun 1-də Ağsu rayonunda baş verib. Məlumata görə, 3 uşaq anası gedərkən qaçdığı kişinin fotosunu uşaqlarının məktəb çantasına qoyub.

Bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru Vasif Akifli feysbuk hesabında yazıb. Belə ki, ana qaçdıqdan sonra uşaqların nənəsi onları küçəyə atıb.

Uşaqlar Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriliblər.



Ən maraqlısı isə odur ki, uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub.

Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə, uşaqların atası (rəsmi boşanıblar) 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017 ci ildən borclu kimi axtarışdadır.

Koordinatorun sözlərinə görə, həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı, uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Açar sözlər:

Oxunub: 12704