UEFA-dan şok sənəd: İranda türklərə “eşşək” deyirlər


21:01     04 İyul 2017 tebriz6.jpg

Avropa Futbol Assosiasiyaları (UEFA) və Beynəlxalq Futbol Federasiyalarının (FIFA) himayəsində fəaliyyət göstərən FARE (Football Against Racism in Europe) şəbəkəsi bu yaxınlarda futbol stadionlarında irqi ayrı-seçkilik nümunələrinə dair sənəd yayımlayıb.


Femida.az “Günaz”a istinadən xəbər verir ki, İranda futbol azarkeşlərinin türk azarkeşlərə qarşı səsləndirdikləri şüarlar sənəddə “xər” (uzunqulaq) başlığı altında açıqlanıb.
FARE o cümlədən, “Turkish donkey” (eşşək türk), “Donkey, get lost!” (Eşşək, get, yox ol!), “There is no braying from the donkeys!” (Eşşəklərin anqırma səsi gəlmir!) və “The Turkish donkeys are silent!” (Eşşək türklər səssizdir!) şüarlarına işarə edib.
FARE-in sənədində gətirilən bu şüarların adətən Təbrizin “Traktor” komandasının matçları zamanı rəqib komandaların azarkeşləri tərəfindən səsləndirildiyi qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 4926