Bolqarıstanda zəncirvari qəza - 40 avtomobil toqquşdu


21:12     05 İyul 2017 goycayda-zencirvari-yol-qezasi-bas-verib.jpg

Bolqarıstanın İhtiman şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, qəza nəticəsində 40-dan çox avtomobil toqquşub.

Qəzada azı 31 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 4 nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qəzanın səbəbinin sıx duman olduğu ehtimal edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 649