Naxçıvandan 100 faizlik nəticə - Heç kimin borcu yoxdur


16:10     06 İyul 2017 kommunal%20qaz%20pulu%20isiq%20pulu.jpg

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2017-ci ilin iyun ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.


Femida.az məlumatına görə, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda elektrik enerjisi ödənişi 100 % və daha artıq nəticə ilə yerinə yetirilib.

Açıqlanan statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin elektrik enerjisi borcu qeydə alınmayıb.

Qeyd olunub ki, iyun ayında texniki itki nəzərə alınmaqla daxil olan 38 milyon 644 min kilovatsaat elektrik enerjisinin dəyəri 3 milyon 225 min 200 manat olub, cəmi 3 milyon 225 min 900 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

Digər bir məlumata görə, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 99,4% nəticə ilə yerinə yetirilib.




Açar sözlər:

Oxunub: 1200