Hərbi attaşelər Zəhranın məzarını ziyarət etdilər


16:54     06 İyul 2017 zehra-qebri4.jpg

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri, hərbi attaşelər iyulun 4-də Alxanlı kəndində düşmən təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın məzarını ziyarət ediblər.


Femida.az xəbər verir ki, Alxanlı kənd sakinləri iyulun 4-də baş verən erməni təxribatı ilə bağlı hərbi attaşeləri məlumatlandırıb.

"Atəş nəticəsində iki sakin Allahverdiyeva Sahibə və Zəhrə Quliyeva həlak olub. Kənd sakini Səlminaz Quliyeva isə yaralanıb. Bu, kənd sakinlərinə qarşı zorakılıqdır. 25 ildir ki, biz erməni zorakılığı ilə üzləşirik. Yaşayış zonasında heç bir məntəqə yoxdur. İyulun 4-də təxribat baş verən gün kənddə hərbçilər yox idi. Hadisə zamanı şəhid olan Zəhra həyətdə oynayırmış.

Kəndimiz dəfələrlə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Ermənistan tərəfi kənd təsərrüfatı işlərini görməyə imkan vermir. Su mənbələri işğal altında olan ərazilərdədir. Ermənilər tez-tez suyun qarşısını kəsir, sahəyə çıxan insanları atəşə tuturlar", - Alxanlı kənd icra nümayəndəsi İlham İsrafilov bildirb.

Kənd sakini Emin Həsənov isə deyib: "Alxanlıda baş verən hadisə 1992-ci ildə Xocalıda baş verən hadisələrin təkrarıdır. Mənim dünya birliyimdən xahişim budur ki, günahsız Zəhranın qətlinə, bu cinayətə reaksiya versinlər".

Femida.az

Açar sözlər:

Oxunub: 734