Maşınından silah və narkotik tapıldı


15:53     07 İyul 2017 11dava%20polis.jpg

Sumqayıt sakinin maşınında silah və narkotik aşkar edilib.


Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xızı RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Elnur Quliyevin idarə etdiyi "Azsamand" markalı avtomobilə baxış zamanı "Valero-Combat" markalı qaz tapançası, 1 ədəd patron darağı və 5,79 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 534