Həkimlərə adını səhv deyən kişi öldü - Salyanda


21:05     10 İyul 2017 xestexanada7.jpg

Salyanda sirkə turşusu içərək intihara cəhd edən şəxs ölüb.


Femida.az-ın məlumatına görə, həmin şəxs bu gün vəfat edib.

O, iyulun 8-də sirkə turşusu içərək intihara cəhd edib.

İyulun 8-də sirkə turşusu içərək intihara cəhd etmiş həmin şəxsin xəstəxanaya gətirilərkən özünü Axundov Rasim Xankişi oğlu kimi təqdim etdiyi məlum olub. O, xəstəxanada qeydiyyatdan öz adı ilə keçməyib.

Şəxsiyyəti məlum olmayan həmin şəxs Salyan morquna təhvil verilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 696