Hacıqabulda ailə faciəsi - ata öldü, oğul ağır yaralandı
03:16 11 İyul 2017
Hacıqabul-Horadiz magistralının 68-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Magistralın Saatlı rayonu ərazisindən keçən hissəsində Cəbrayıl rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlunun idarə etdiyi "VAZ-2106" markalı 63 BA 432 dövlət nömrə nişanlı avtomobillə Füzuli sakini, 1983-cü il təvəllüdlü Ağayev Mahir Zahid oğlunun idarə etdiyi “Niva” markalı 90 ZS 450 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə "VAZ-2106"da olan sərnişin, Cəbrayıl rayon sakini, 1958-ci il təvəllüdlü Məhəmməd Nəbi oğlu Əliyev ölüb. Onun nəvəsi, 2014-cü il təvəllüdlü Əliyev Süleyman Vüsal oğlu Saatlı rayon xəstəxanasına və oğlu, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlu isə açıq kəllə-beyin travması, komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Həkimlər Vüsal Əliyevin vəziyyətini çox ağır kimi qiymətləndirir.
Qeyd edək ki, “Niva” markalı avtomobilin sürücüsü tanınmış müğənni Manaf Ağayevin yaxın qohumu olduğu bildirilir.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.(APA)
Femida.az
Oxunub: 1121
Oxşar xəbərlər
- Hacıqabulda qəza: Xəsarət alanlar var
- Hacıqabulda vaqon yanıb
- Hacıqabulda evə basqın: qızı hədələyərək...
- Hacıqabulda `Prado` aşdı - Xəsarət alanlar var
- Hacıqabulda 9 otaqlı ev yanıb
- Hacıqabulda orta məktəbdə şok görüntü - Bufet zibilliyə çevrilib (VİDEO)
- Hacıqabulda maşın piyadanı vuraraq öldürdü
- Hacıqabulda ev yanıb
- Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var
- Hacıqabulda narkotik əməliyyatı