37 min manat pul, 40 metr kabel - Bakıda oğurluq


15:51     11 İyul 2017 1444025855_ogurluq1.jpg

Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.


Femida.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayon 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Balaxanı qəsəbəsindəki evlərin birindən 37000 manat pul və 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Miroşkin tutulub.

İyulun 10-da Nəsimi rayonu A.Mustafayev küçəsindəki binalardan birinin üzərində quraşdırılan "Azerconnect" şirkətinə məxsus ötürücü bazanı rabitə ilə təmin edən kabelin 40 metrlik hissəsi kəsilərək oğurlanıb. Nəsimi rayon 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Əliyev saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1405


Oxşar xəbərlər