Ayaqqabısının dabanında narkotik gizlətdi - İrandan gəlirdi


17:38     11 İyul 2017 ayaqqabida%20narkotik%20askarlandi.jpg

İrandan Azərbaycana gələn vətəndaşdan narkotik aşkar edilib.


Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında, 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 3061


Oxşar xəbərlər