Günün havası belə olacaq


13:11     12 İyul 2017 37%20derece%20istia.jpg

yulun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 12-də əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 14-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 706