Lapşinin məhkəmə istintaqı başa çatıb
18:45 12 İyul 2017
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib. Proses iyulun 14-də davam etdiriləcək.
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.
Femida.az
Oxunub: 925
Oxşar xəbərlər
- Lapşinin anası Bakıya gəlir
- Lapşinin əfvi humanist məqsədlə atılmış növbəti addımdır - Fuad Ələsgərov
- Lapşinin ekstradisiyası üçün müraciət daxil olmayıb - Nazirlik
- Lapşinin ərizəsi Ədliyyə Nazirliyinə təqdim edilib
- Lapşinin ekstradisiyası hələlik mümkün deyil
- Lapşinin ekstradisiyası hələlik mümkün deyil
- Lapşinin məhkəməsi təxirə düşüb
- Lapşinin anası məhkəmədə ifadə verəcək
- Lapşinin məhkəməsi başlayıb
- Lapşinin cinayət işi məhkəməyə göndərildi