Pirotexniki vasitə müsadirə edilib


19:00     12 İyul 2017 gomruk-menteqesi-1.jpg

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin sağ və sol qanadlarının, arxa oturacağının içindən üzərində gürcü əlifbası ilə yazılar olan 640 qutu pirotexniki vasitə və 30 ədəd mobil telefon qutuları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 435