Telefonunuza bezdirici SMS-lər gəlməyəcək - Qanuna dəyişiklik


20:44     12 İyul 2017 9641211.jpg

Dünən Telekommunikasiya haqqında AR Qanununda dəyişiklik edilmişdir.


Femida.az xəbər verir ki, edilmiş dəyişikliyə əsasən, operator və provayderlər (mobil operatorlar və onların provayderləri nəzərdə tutulur) abunəçiyə reklam xarakterli mesajı yalnız onun yazılı razılığı olduğu təqdirdə göndərilə biləcəklər.

Belə bir müddəa Reklam haqqında Qanunda əvvəllər də mövcud idi, ancaq onun tətbiq mexanizmi nisbətən zəif idi.

Telekommunikasiya haqqında Qanuna edilmiş dəyişikliklərdən sonra isə bu məsələ ciddiləşdi.

Artıq bundan sonra müxtəlif şirkəltər sizə rahat rahat SMS reklam göndərə bilməyəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 2452


Oxşar xəbərlər