Mağazaya maskalı basqın - 12 ədəd telefon oğurlandı


21:31     12 İyul 2017 maska_ogru_0480.jpg

Şirvanda maskalı şəxslər mağazadan oğurluq ediblər.


Femida.az -ın APA-nya istinadən məlumatına görə, bu gecə saat 04.00 radələrində Şirvan şəhəri Fariz Eynullayev küçəsində yerləşən “Aki –Telekom” mobil telefon və aksesuarlar satılan mağaza qarət olunub. Şirvan sakini, 1987-ci il təvəllüdlü Babayev Aqşin Hacıbaba oğluna məxsus mağazanın təhlükəsizlik kamerasına düşən görüntülərdən məlum olur ki, mağazaya daxil olan 4 maskalı yeniyetmə oradan ümumi dəyəri 3 min manat olan 12 ədəd mobil telefon götürərək oranı tərk edir.

Faktla bağlı Şirvan polisi tərəfindən əməliyyat və istintaq tədbirləri həyata keçirilir.

Açar sözlər:

Oxunub: 1164