Meyvə-tərəvəz əvəzinə narkotik becərirmiş


16:07     14 İyul 2017 narkotik6.jpg

Ağdaşda narkotik vasitə becərən şəxs saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binələr kənd sakini Tahir Səfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2326