Ruhi əsəb xəstəsi özünü qatarın altına atdı


00:25     15 İyul 2017 1394690378_baku-metro-narimanov.jpg

Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.


Hadisə dünən səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub. Nəticədə gənc qız xəsarət almayıb.
Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.
Araşdırmalar davam etdirilir.(Report)

Açar sözlər:

Oxunub: 821