Gəlin və baldız azyaşlı övladları ilə birlikdə itkin düşüb


01:55     15 İyul 2017 70456cb0-d94f-4975-b5be-c22a35a5418c_1500052131.jpg

Qaxda gəlin və baldız azyaşlı övladları ilə birlikdə itkin düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax rayon sakinləri İlqar İsmayılov və Zamir Sultanov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək həyat yoldaşları 1984-cü il təvəllüdlü Yeganə Oruc qızı Sultanova və 1985-ci il təvəllüdlü Aynur Əsgər qızı İsmayılovanın bu il iyulun 8-də evdən çıxaraq bir daha geri qayıtmadıqlarını bildiriblər.
Qax rayonunun Güllük kəndində gəlin olan 33 yaşlı Yeganə Sultanova iyulun 8-də saat 19 radələrində evdə heç kimin olmadığı bir vaxtda 2 yaşlı oğlu Nahidi də götürərək naməlum istiqamətdə gedib. Həmin gün saat 17 radələrində Qax şəhərində yaşayan qohumu 32 yaşlı Aynur İsmayılova da eynilə azyaşlı qızı 6 yaşlı Sərvinaz İsmayılzadəni götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Gəlin və baldızın azyaşlı uşaqları ilə birlikdə getmələri ehtimal olunur.
Onları görənlərdən Qax RPŞ-i ilə əlaqə saxlamaları xahiş olunur.
Tel: (024) 255-23-52
Mob:055-755-73-71

Açar sözlər:

Oxunub: 2801