315 ölü, 832 yaralı - Azərbaycanda ŞOK STATİSTİKA
15:30 15 İyul 2017
2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 315 nəfər həlak olub, 832 nəfər yaralanıb.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 57 fakt (6,3%) azalıb,
Həlak olanların sayı 11 nəfər (3,6%) artıb, yaralananların sayı isə 138 nəfər (14,2%) azalıb.
Bakı şəhəri ərazisində 297 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 84 nəfər həlak olub, 264 nəfər yaralanıb. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və yaralananların sayı uyğun olaraq 26 fakt (8%), 78 nəfər (22,8%) azalıb, həlak olanların sayı 11 nəfər (15,1 %) artıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 31,1%-i (276 hadisə, 96 ölüm, 335 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 31,1%-i (264 hadisə, 129 ölüm, 214 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (105 hadisə, 12 ölüm, 121 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,5%-i (13 hadisə, 8 ölüm, 13 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Yol-nəqliyyat hadisələrinin 49%-ni (416) piyadaların vurulması təşkil edib, nəticədə 132 piyada həlak olub, 307 nəfər yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər uşaq və yeniyetmə həlak olub, 96 nəfər yaralanıb.
Qeyd olunub ki, Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində yaralananların sayının azalmasına müsbət təsiri olub.
Femida.az
Oxunub: 4413