Şengen vizası ləğv oluna bilər


15:00     22 Avqust 2015 depositphotos_5910380-Element-of-the-Schengen-visa.jpg

Avropa ölkələri arasında sərbəst gediş-gəlişə imkan verən Şengen vizasının ləğv oluna bilər.


Femida.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Tomas de Maiziere deyib. O, Şengen Sazişinin tərəfdarı olduğunu, lakin yaranmış vəziyyətdə bu viza növünün təhlükəli olduğunu bildirib.

Frontex sərhəd agentliyinin açıqlamasına görə, təkcə bu il ərzində Avropaya 340 min miqrant gəlib. Onların əksəriyyəti sınıq-salxaq qayıqlarda İtaliya və Yunanıstan sahillərinə çıxıblar.

Açar sözlər:

Oxunub: 1162