Danimarkada yeni referendum keçiriləcək


21:42     22 Avqust 2015 17F720B5-8A0D-474A-B4A6-83F3DC828C98_mw1024_s_n.jpg

Bu il dekabrın 3-də Danimarkada hüquq və daxili işlər sahəsində ümumavropa siyasətinə qoşulmaq məsələsinə dair ümummilli referendum keçiriləcək. Ölkənin Baş naziri Lars Lökke Rasmussen bu barədə mətbuat konfransında məlumat verib.


1992-ci ildə imzalanmış Maastrixt sazişinə görə Danimarka Avropa İttifaqına daxil olarkən təhlükəsizlik və müdafiə, hüquq və daxili işlər, maliyyə (Danimarka avro əvəzinə kronanı saxlayıb) və Avropa vətəndaşlığı sahəsində ümumavropa siyasətindən istisnalara nail olub.

Yeni referendumla əlaqədar danimarkalı siyasətçilər hüquq və daxili işlər sahəsində istisnalardan imtina etməyi qərara alıblar, çünki bu istisnalar Danimarkanın Aİ polis xidmətinin – avropolun işində tamdəyərli iştirak etməsinə imkan vermir. Məsələn, Krallıq beynəlxalq mütəşəkkil cinayətkarlığa, narkotik maddələr, silah və insan alverinə qarşı uğurlu mübarizə məqsədilə informasiya mübadiləsi apara bilməz. Rasmussen deyib: “Danimarkanın avropolda əməkdaşlıqdan kənarda qalmaması çox vacibdir”. Baş nazir vurğulayıb ki, immiqrasiya siyasəti və qaçqınlar məsələlərində Danimarka müstəqil qərarlar qəbul edəcək.

Xatırladaq ki, ictimai rəy sorğularının nəticələrinə görə, Danimarka sakinlərinin əksəriyyəti hüquq və daxili işlər sahəsində ümumavropa siyasətinə qoşulmağın lehinə səs verməyə hazırdır.

Açar sözlər:

Oxunub: 884