Romada içməli su böhranı yaşana bilər


02:46     23 İyul 2017 1429628574_yenisumqayit.az.jpg

Roma şəhərində içməli su ilə bağlı vəziyyət kəskin şəkildə pisləşib.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, quraqlıq səbəbindən yerli hökumət Braççano gölündən su götürməyi müvəqqəti olaraq qadağan edib. Bununla əlaqədar 1.5 milyon insan içməli sudan məhrum oluna bilər.

Hökumətin qeyd olunan qərarı iyulun 28-dən qüvvəyə minəcək.

Xatırladaq ki, bu yayın əvvəlindən bəri Appenin yarımadasında güclü quraqlıq müşahidə olunur. Bu iyul ayı isə son 200 ilin ən isti ayı olub.

Femida.az

Açar sözlər:

Oxunub: 667