İnsult keçirdi, maşını betona çırpdı - Balakəndə faciəli ölüm


16:57     24 İyul 2017 insult%20yeni_qeza.JPG

Balakəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az DİN-ə istinadən xəbər verir ki, iyulun 23-də saat 15 radələrində Balakən rayonunun Sarıbulaq kəndi ərazisində rayon sakini Məhəmməd Bağdatov "VAZ-2107" markalı avtomobili idarə edərkən insult keçirdiyindən avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1837


Oxşar xəbərlər