Hərbi liseylərə qəbul başlayır
14:30 25 İyul 2017
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 27-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.
Mərkəzin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq.
İmtahanda 1725 abituriyentin (Bakı şəhərində 1293 nəfər, Naxçıvan şəhərində 432 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 148 nəfəri Hərbi Tibb Məktəbinə, 1577 nəfəri isə hərbi liseylərə imtahan verəcək.
İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 132 nəzarətçi-müəllim cəlb edilib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Femida.az
Oxunub: 1336
Oxşar xəbərlər
- Hərbi təyyarə qəzaya düşdü - Pilotlar xilas oldu
- Hərbi Dəniz Qüvvələrində 2017-ci ilə yekun vurulub
- Hərbiyə 46 milyard dollar xərclənəcək
- Hərbi qeydiyyata düşməyənlər cərimələnəcək - Xəbərdarlıq
- Hərbi prokurorun ŞƏRHİ
- Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
- Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib
- Hərbi təyyarə qəzaya uğradı
- Hərbi qulluqçular üçün yeni orden təsis edildi
- Hərbi hissədə tədbir keçirilib