Binadan yıxılan 1 yaşlı qız öldü - Yeni yeriməyə başlayırdı


15:23     25 İyul 2017 azyasli%20usaq.jpg

2 gün əvvəl Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayonda binanın pəncərəsindən yıxılan 1 yaşlı qız vəfat edib.


Femida.az xəbər verir ki, Abay Kunanbayev küçəsi bina 3 mənzil 37 ünvanında yaşayan və nəzarətsiz qalması nəticəsində 3-cü mərtəbədəki mənzilin pəncərəsindən yıxılaraq ağır xəsarət alan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızının həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, 1 yaşlı Rüqayyə yeni yeriməyə başlayıbmış və evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1105


Oxşar xəbərlər