SOCAR-ın vəzifəli şəxsi hakim qarşısında - Dələduzluqda təqsirləndirilir


15:50     25 İyul 2017 Mehkeme-zali-qandalli.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Yalçın Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.


Femida.az-ın xəbərinə hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Y. Əhmədov özünü qismən təqsirli bilib. O, zərərçəkmişlərə dəyən ziyanı ödəyəcəyini deyib.

Qeyd edək ki, Y. Əhmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft və Qaz İdarəsində operator vəzifəsində çalışıb. O, mal-qara satmaq adı ilə zərərçəkmiş Həsən Əliyevdən 29 min manat məbləğində borc alıb və qaytarmayıb. İş üzrə bir neçə zərərçəkmiş şəxs tanınıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1334