Əsgərimiz yaralanıb - RƏSMİ
19:26 25 İyul 2017
Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.
Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.
Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.
Femida.az
Oxunub: 1808
Oxşar xəbərlər
- Əsgərimizin meyiti Ermənistanla təmas xəttində tapıldı - NAZİRLİYİN MƏLUMATI
- Əsgərimiz şəhid olub
- Əsgərimiz şəhid oldu - FOTOLAR
- Əsgərimiz sağdır - Nazirlik məlumat yaydı (VİDEO)
- Əsgərimizin nəşi qarın altından çıxarıldı - Açıqlama
- Əsgərimiz həlak oldu
- Əsgərimiz intihar edib - Nazirlik məlumat yaydı
- Əsgərimizin nəşinin qaytarılması ilə bağlı müraciət
- Əsgərimiz şəhid olub
- Əsgərimiz həlak olmayıb - Müdafiə Nazirliyindən təkzib