Nazirlik şikayəti araşdırıb
23:43 25 İyul 2017
İyulun 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə Səbail rayonu Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısındakı parkda ağacların kəsilərək yerində kafe tikilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Femida.az -a bildirilib ki, əraziyə keçirilən baxış zamanı həmin ünvanda qeyri-yaşayış obyektinin ətrafının dəmir lövhələrlə hasarlandığı, söküntü işlərinin aparıldığı, hasar daxilində bioloji inkişafda olan yaşköküstə müxtəlifcinsli 30 ağac və 68 həmişəyaşıl kol bitkilərinin olduğu müəyyən edilib, kəsinti faktı aşkar olunmayıb.
Araşdırma zamanı, həmçinin məlum olub ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 14.07.2017-ci il tarixli 98 saylı sərəncamı ilə şəhid ailəsi Həqiqət Babayevaya məxsus mövcud qeyri-yaşayış obyektinin yenidənqurma və tikintisinə icazə verilib.
İş icraçısı Əli Mehdizadəyə ərazidəki ağac və kolların qeydiyyata alınaraq qorunub mühafizə edilməsi tapşırılıb. Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq akt tərtib edilib. Sahibkar H.Babayevaya isə icra üçün “məcburi göstəriş” verilib.
Femida.az
Oxunub: 700
Oxşar xəbərlər
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazirlik əhaliyə müraciət etdi
- Nazirlik cəbhə ilə bağlı məlumat yaydı
- Nazirlik reyd keçirdi - Cərimələnənlər var
- Nazirlik əməkdaşının məhkəməsi başlayıb
- Nazirlik vətəndaşlara müraciət etdi
- Nazirlik vətəndaşın iddiasını əsassız adlandırdı
- Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
- Nazirlik uşaq intiharlarının səbəblərini açıqlayıb
- Nazirlik 42800 manat cərimə yazdı