Nazirlik ağac kəsən şəxsi cərimələdi
23:11 26 İyul 2017
16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub.
Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə N. Novruzbəyova inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.
Femida.az
Oxunub: 533
Oxşar xəbərlər
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazirlik əhaliyə müraciət etdi
- Nazirlik cəbhə ilə bağlı məlumat yaydı
- Nazirlik reyd keçirdi - Cərimələnənlər var
- Nazirlik əməkdaşının məhkəməsi başlayıb
- Nazirlik vətəndaşlara müraciət etdi
- Nazirlik vətəndaşın iddiasını əsassız adlandırdı
- Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
- Nazirlik uşaq intiharlarının səbəblərini açıqlayıb
- Nazirlik 42800 manat cərimə yazdı